Сообщения

Сообщения за июль, 2021

Nasist Almaniyasının Fransa kampaniyası və onun nəticələri - Balamirzə Məmmədli

Изображение
       Nasist Almaniyasının, qərb tarixşünaslığında “Fransanın süqutu” kimi tanınan Fransa kampaniyası, ikinci dünya müharibəsinin birinci mərhələsinin ən mühüm hadisələrindən biridir. Almaniyanın Polşaya hücumuna cavab olaraq ona müharibə etmiş Britaniya və Fransanı hədəfə alan Adolf Hitler, görkəmli vermaxt generalı F.Qalderin öz “Hərbi gündəliyində”də yazdığı kimi, “müharibənin məqsədinin Britaniyanı diz üstə qoymaq, Fransanı isə, darmadağın etmək” olmasını bildirmişdir. Müasir Benilüks ölkələri — Belçika, Niderland və Lüksemburqa qarşı yönəlmiş əməliyyatın kod adı “Gelb” planı (“Sarı” plan), Fransaya qarşı yönələn isə “Rot” planı (“Qırmızı” plan) adlanırdı. 10 may 1940-cı ildə Fransa kampaniyasına başlayan alman qoşunları “blitskriq”, yəni ildırımsürətli müharibə” taktikası ilə, cəmi 6 həftəyə, müttəfiq ordularınıı demək olar ki, darmadağın edərək, bütün yuxarıda göstərilən ölkələri işğal etdilər. 22 iyunda Kompyendə təslim olma aktının imzalanması ilə, Fransa kampaniyası nasist Al