Сообщения

Сообщения за март, 2021

Almaniyanın Polşaya hücumu və İkinci dünya müharibəsinin başlanması — Balamirzə Məmmədli

Изображение
 İkinci dünya müharibəsində Qələbə bayrağının Reyxstaq üzərində dalğalanmasından artıq 75 il keçir. Bəs azərbaycanlılar da daxil olmaqla çoxmilyonlu dünya xalqlarının XX əsrin taununa – Hitler faşizminə qarşı öz miqyasına və amansızlığına görə misli görünməyən müharibəsi necə başladı? Bildiyimiz kimi, müharibə nasist Almaniyasının Polşaya hücumu ilə başlanmışdı. Bəs niyə məhz Polşaya? Bir çox tarixçilərin də göstərdiyi kimi bunun sadə bir əsası var idi: əvvəlcə daha zəif bir düşmənə sürətli və güclü zərbə endirməklə Üçüncü reyxin şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək və eyni zamanda qətiyyətli bir qələbə ilə, digər Avropa dövlətlərinə Almaniyanın “son dərəcə güclü olduğuna” dair işarə vermək. Bu baxımdan nasist Almaniyasının Polşaya hücumunu tədqiq etmək II dünya müharibəsinin tarixini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.  Açar sözlər: İkinci dünya müharibəsi, nasist Almaniyası, Polşaya hücum, Varşavanın mühasirəsi, Polşanın işğalı.     İki böyük hərbi-siyasi ko